330x100
 

Bir sıra ölkələrdə "İnstagram"-ın işində problem yarandı

22.10.2020,10:58


22 oktyabr, Fineko/abc.az. "İnstagram" sosial şəbəkəsinin işində nasazlıq yaranıb.

ABC.AZ-ın məlumatına görə, problem əsasən ABŞ, Rusiya, Meksika, Braziliya, Çili, Arqentina, İngiltərə, Fransa, Ukrayna, İtaliya, Xorvatiya, Hollandiya, Almaniya və digər ölkələrdəki istifadəçilər tərəfindən bildirilib.

İstifadəçilərin 60%-i hekayələrə baxa bilmədiklərini qeyd ediblər. 21% istifadəçi İnstaqram lentinin yenilənmədiyini bildirib. 17%-i isə şəbəkəyə fotoları yerləşdirməkdə çətinlik çəkib.

Müəllif: Elmir Murad