330x100
 

23 min 304 əmanətçiyə kompensasiya ödənildi – Bir gündə

22.10.2020,12:01


22 oktyabr, Fineko/abc.az. Oktyabrın 21-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 23 min 304 əmanətçiyə 545,70 milyon manat kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, bu il iyunun 16-dan oktyabrın 21-dək ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən 195,41 milyon manatdan çox kompensasiya ödənilib.

“AG Bank” üzrə 4301 əmanətçiyə 80,82 milyon manat, “NBC Bank” üzrə isə 4014 əmanətçiyə 114,58 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən oktyabrın 21-dək “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın əmanətçilərinə 350,28 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə “Amrah Bank” üzrə 5639 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 133,58 milyon manat, “Ata Bank” üzrə 9350 əmanətçiyə isə 216,69 milyon manat təşkil edib.