Ermənistan iqtisadiyyatını gözləyən ən böyük fəlakət qarşıdadır – Proqnoz

12:29 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-avqust ayları ərzində Ermənistan iqtisadiyyatında 6,4 faizlik azalma qeydə alınıb.

Bu barədə ABC.AZ-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat daxil olub. Qeyd olunub ki, koronavirus pandemiyasına qarşı düyada ən uğursuz mübarizə aparan ölkələr siyahısında olan Ermənistanda cari ilin 8 ayı ərzində ixrac və idxalın həcmləri də azalıb və iqtisadi tənəzzül dərinləşib. "Ermənistanın Statistika Komitəsinin məlumatlarına görə, əvvəllər iqtisadi artımın hərəkətverici qüvvəsi olan sənaye, koronavirus böhranı fonunda staqnasiya ilə üzləşib. Bu ölkənin tikinti sektoru cari ilin 8 ayını 19,1%, ticarət - 11,5%, xidmətlər - 10,8% azalma ilə başa vurub. Ermənistan iqtisadiyyatını gözləyən ən böyük fəlakətin qarşıda olduğunu proqnozlaşdıra bilərik. Belə ki, cari ilin sentyabr ayının 27-də atəşkəsi pozaraq Azərbaycana təcavüz edən Ermənistan tərəfi ölkəmizin əks həmləsi ilə üzləşdi Azərbaycan ordusunun torpaqları azad etmək və düşməni cəzalandırmaq üçün hərəkətə keçməsi Ermənistan üçün ciddi cağırışlara səbəb olub" -deyə məlumatda qeyd olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər