330x100
 

Ordumuza dəstək olmaq istəyən “COVİD”lə mübarizəyə qoşulsun – TƏBİB rəsmisi

22.10.2020,12:32


22 oktyabr, Fineko/abc.az. Doğrudur, dövlət modul tipli xəstəxanalar tikib, yetərincə süni tənəffüs aparatları da gətirilib.

Amma bir resurs var ki, onu gətirmək çox çətindir. Bunlar tibb işçiləridir.

ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva AzTV-yə müsahibəsində deyib.

O qeyd edib ki, bir həkim reanimatoloq, həkim –pulmonoloqun yetişməsi üçün illər lazımdır. "Ona görə də hər kəs diqqətli olmalıdır. Qaydalara əməl etməlidir. Hazırda reanimasiya bölümündə yatan 209 xəstə var. Onlardan 18 nəfəri süni tənəffüs aparatına qoşulub. Biz hər birimiz bunun məsuliyyətini hiss eləməliyik. Bizim stasionar çarpayı baxımından heç bir problemimiz yoxdur. Bütün həkimlər onlara nəzarət edə bilirlər, lakin süni tənəffüs cihazına qoşulan xəstəyə həkim reanimatoloq baxmalıdır. Mən xüsusən gənclərimizə müraciət edirəm. Onlar elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər. Lakin hər kəsin evində yaşlılar, xroniki xəstəliyi olanlar var. Ona görə də gənclər bu məsələyə diqqətli yanaşmalıdırlar. Kim ki ordumuza, qələbəmizə dəstək olmaq istəyir “COVİD”lə mübarizəyə qoşulsun. Çünki biz öz resurslarımızı bölmək məcburiyyətində qalırıq” deyə Y. Qarayeva bildirib.

Müəllif: Elmir Murad