AMB valyuta hərracında banklara $64,3 mln satıb

14:04 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, oktyabrın 22-də valyuta hərracında banklara $64,3 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $64,3 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Bütün xəbərlər