Azad olunmuş kəndlərə yol belə çəkilir – Foto

14:08 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. İşğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb.

ABC.AZ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, ümumi uzunluğu 29 km olan avtomobil yolları IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.

Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.

 


Bütün xəbərlər