Düşmən PUA-sı bu dəfə Naxçıvan istiqamətində məhv edildi

14:11 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi Ermənistana məxsus daha bir PUA-nın məhv edilməsi barədə məlumat yayıb.

ABC.AZ xəbər verir ki, oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

 

Bütün xəbərlər