Ermənilərin atdığı raket Qəbələdə dinc sakini yaralayıb – 5 evə ziyan dəyib

14:36 - 22.10.2020


22 Oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün səhər saatlarından düşmən cəbhə zonasından 150 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına “Skad” ballistik taktiki raketlər atıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib.

 

Bütün xəbərlər