330x110
 

Biz bununla heç vaxt razılaşmayacağıq – İlham Əliyev

22.10.2020,15:20


22 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı bir sıra məqamlara, o cümlədən Dağlıq Qarabağda referendum ola bilərmi sualına cavab verib.

Prezident qeyd edib ki, Dağlıq Qarabaqda heç bir referendum olmayacaq: "Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var".