Ermənistanda ÜDM-in azalması daha da sürətlənəcək – Proqnoz

15:43 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Ermənistanın itirdiyi hərbi texnika və sursatın dəyəri 2 milyard ABŞ dollarından çoxdur. Amma bu ölkənin itkiləri təkcə hərbi texnika və döyüş sursatı ilə bitmir. Mühribənin davam etməsi Ermənistan iqtisadiyyatının da itkilərini artırır.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, Ermənistan ilkin məlumata görə 210 min vətəndaşını səfərbər edərək Azərbaycanın işğal olunan ərazilərinə göndərməyə çalışır.

"Nəzərə alsaq ki, Ermənistanda 913 min nəfər iqtisadi fəal əhali var, deməli onun 23 faizini işdən ayrılaraq müharibəyə getməsi deməkdir. Yəni səfərbər olunan şəxlər işləmirlər və əlavə dəyər yaratmırlar. Nəticədə 2020-ci ilin 4-cü rübü ərzində Ermənistanda ÜDM-in azalması daha da sürətlənəcək. Proseslərin belə davamı bu ölkənin növbəti ili də ressesiya ilə başa vuracağı ehtimalını artırır" deyə Mərkəzdən bildirilib. Qeyd edək ki, 2019-cu ildə Ermənistanın ÜDM-i  6569 milyard dram və ya təxminən 13,7 milyard ABŞ dolları olub. Bu ölkənin statistikasının məlumatına görə ÜDM-in 30,4 faizi və ya 1998,7 milyard dramı (4,2 milyard ABŞ dolları) 4-cü rübün payına düşür.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər