Qonşu ölkədə yoluxma sayı 1500-ü keçdi – Tbilisi həyəcan təbili çalır

16:08 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında sürətlə artım davam edir.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində qonşu ölkədə 1,595 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən 398 nəfər sağalıb.

Bu gün virusdan daha 6 nəfər dünyasını dəyişib və bu da ümumilikdə 178 nəfərin həyatını itirməsi deməkdir.

Hazırda ölkə üzrə karantində 4,408, stasionar nəzarətdə isə 3,155 nəfər saxlanılır.

 

Bütün xəbərlər