Əsas kapitala yönəldilmiş vəsait bu sahələrə sərf olunub – Siyahı

16:27 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 53,2 faizi sənaye, 20,2 faizi isə tikinti sahələrinə sərf olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin dövrdə sözügedən vəsaitin 12,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,4 faizi təhsil, 1,2 faizi informasiya və rabitə, 1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, hər birində 0,6 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,4 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, maliyyə və sığorta fəaliyyəti, 0,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

 

Bütün xəbərlər