Hava nəqliyyatı ilə ixrac azalıb - 21 min tondan çox

16:46 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr ayları ərzində hava nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 39 min 934 ton yük ixrac olunub.

Müqayisə üçüb qeyd edək ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 21 min 552 ton azalma deməkdir. Belə ki, 2019-cu ilin doqquz ayında hava nəqliyyatı ilə 61 min 486 ton yük göndərilib.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər