330x100
 

Dəmir yolu ilə 318 milyon dollarlıq ixrac həyata keçirilib - Hesabat

22.10.2020,16:51


22 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsi bu ilin 9 ayında dəmir yolu nəqliyyatı ilə aparılan əməliyatlarla bağlı hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatıba görə, sözügedən dövrdə  dəmir yolu nəqliyyatı ilə 1 milyon 600,8 min ton yük ixrac olunub. İxrac olunan yükün dəyərinə gəldikdə isə bu 318 milyon dollar təşkil edib.

Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 624,2 min ton, dəyəri isə 1 milyard 552,6 milyon dollar olub.

  • Müəllif: Elmir Murad