Erməni təxribatı nəticəsində 8 uşaq həlak olub – Baş Porkuror açıqladı

17:00 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində ümumilikdə mülki əhalidən 63 nəfər həlak olub, onlardan 18-i qadın, 8-i uşaq olub, 293 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaq olub.

ABC.AZ-ın məlumatına görə, bunu Baş Prokuror Kamran Əliyev Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli ilə görüşündə deyib. K. Əliyev qeyd edib ki,

bu dövrdə 2072 yaşayış evə, 90 çoxmərtəbəli binaya və 388 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

 

Bütün xəbərlər