İnternet məhdudiyyəti müvəqqəti xarakter daşıyır – İlham Əliyev

17:09 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı sosial şəbəkə və internetdəki bəzi məhdudiyyətlərə də münasibət bildirib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, biz xalqımıza elan etdik ki, bu, milli təhlükəsizlik məsələləridir: "Çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq. Beləliklə, bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır. Lakin sizə deyə bilərəm ki, internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir. Beləliklə, bu, yalnız müvəqqəti xarakter daşıyır”.

 

Bütün xəbərlər