Dünya nəhənginin mənfəəti azalıb

17:23 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı olan "Coca-Cola" şirkətinin xalis mənfəəti illik ifadədə 9% azalaraq 6,291 mlrd. ABŞ dolları təşkil edib.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Qeyd olunub ki, səhm üzrə seyrəltilmiş mənfəət 1,46 dollar olub, halbuki bir il əvvəl bu göstərici 1,6 dollara bərabər idi. "Coca-Cola"nın gəliri illik müqayisədə 13% azalaraq 24,403 mlrd. dollara düşüb. Cari ilin III rübünün sonunda "Coca-Cola"nın xalis mənfəəti 2019-cu ilin eyni dövrü ilə müqayisədə 33% azalaraq 1,737 mlrd. dollara bərabər olub. Səhm üzrə seyrəltilmiş mənfəət ötənilki 0,6 dollardan 0,4 dollara düşüb. Şirkətin gəlirləri isə illik ifadədə 9% azalaraq 8,652 mlrd. dollar təşkil edib. Bu göstərici mütəxəssislərin gözləntilərinin (8,36 mlrd. dollar) üstələyib.

 

Bütün xəbərlər