330x100
 

MN: Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb

22.10.2020,19:46


22 oktyabr, Fineko/abc.az. Oktyabrın 22-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov tərəfindən ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq verilib. Bu barədə ABC.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib. Brifinqdə qonaqlara Ermənistan Respublikasının münaqişədə birbaşa iştirakı, Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs razılığına əməl etməyərək açıq şəkildə onu pozması haqqında ətraflı məlumat verilib. Əlavə olaraq, işğaldan azad olunmuş Cəbrayıl, Füzuli və Zəngilan  rayonlarının ərazilərində olan inzibati yaşayış mərkəzlərinin, tarixi-memarlıq və dini abidələrinin dağıdılması və talan edilməsi, eləcə də döyüş texnikasının tibbi təyinatlı texnika adı altında döyüşlərdə istifadə edilməsi barədə də məlumat diqqətə çatdırılıb.