330x100
 

Neft ucuzlaşır, Brent bir barelə $42,33 təşkil edir

23.10.2020,10:05


23 oktyabr, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri cümə günü hərracların gedişatında azalır və həftəni bir qədər aşağı səviyyədə başa çatdıra bilər.

Saat 9:30-da London ICE Futures birjasında Brent-in dekabr fyuçersi $0,13 (0,31%) – barrel başına $42,33-ə düşdü. Oktyabrın 22-də keçirilən ticarətin nəticələrinə görə, dekabr ayı üçün Brent-in fyuçers qiyməti $0,73 (1,75%) artaraq barel başına $42,46-a çatıb.

Saat 9:30-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin dekabr fyuçersinin qiyməti 0,17 (0,42%) - barrel başına $40,47-ə düşüb. 22 oktyabr ticarət nəticələrinə görə, dekabr fyuçersləri $0,61 (1,52%) – $40,64-a yüksəldi.