Vacib ərazi və yüksəkliklər azad edilib - Nazirlik

10:05 - 23.10.2020


23 oktyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatlarının müxtəlif intensivliklə davam etməsi barədə məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, düşmənin müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulduğu qeyd olunub.

Ordumuzun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.

 

Bütün xəbərlər