Qarabağda ilk mobil rabitə!

10:30 - 23.10.2020


23 oktyabr, Fineko/abc.az. Böyük sevinc hissi ilə bildirmək istəyirik ki, “Azercell Telekom” MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıb və orada dördüncü nəsil LTE radio baza stansiyalarını quraşdırmaqdadır!

Azercell şirkəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qəhrəman ordumuzun bu zəfər yürüşünün möhtəşəm bir qələbə ilə başa çatacağına əmindir. Buna görə də, operator ölkəmizin azad edilmiş bütün tarixi ərazilərini müasir mobil şəbəkə ilə əhatə etməyə, eləcə də tezliklə öz evlərinə qayıdacaq sakinlərini fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyə hazırdır.

 

Azərbaycanda bağlantısız heç bir nöqtə qalmayacaq!

 

Qarabağdan eşidilmək ümidilə #gəlirik! 

 

Qarabağ Azərbaycandır!


 

Bütün xəbərlər