330x100
 

DİN vətəndaşlara müraciət etdi – Şübhəli əşyalara toxunmayın

23.10.2020,10:39


23 oktyabr, Fineko/abc.az. Daxili İşlər Nazirliyi daha bir müraciət yayaraq əhalini diqqətli olmaəa çağırıb.

ABC.AZ-ın məlumatına görə, DİN-dən Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edildiyi qeyd olunub.

"Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın" - deyə bildirilib.