Bu meyvənin ixracı kəskin azaldı – Hesabat

11:40 - 23.10.2020


23 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında ölkədən ixrac olunan almanın həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 9 ayda Azərbaycandan 37,6 min ton alma ixrac olunub. İxrac edilən almanın dəyəri 15,8 milyon dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə dəyəri 22,8 milyon dollar olmaqla 55,1 min ton alma ixrac olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər