Dörd bağlanmış bankın əmanətçilərinə böyük kompensasiya ödənildi

11:49 - 23.10.2020


23 oktyabr, Fineko/abc.az. Oktyabrın 22-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 332 əmanətçiyə 546 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan oktyabrın 22-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 195,41 milyon manatdan çox kompensasiya ödənilib.

"AG Bank" üzrə 4302 əmanətçiyə 80,82 milyon manat, "NBC Bank" üzrə isə 4014 əmanətçiyə 114,58 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən oktyabrın 22-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 350,88 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5641 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 133,59 milyon manat, "Ata Bank" üzrə 9375 əmanətçiyə ödənilən məbləğ isə 217,29 milyon manat təşkil edib.

 

Bütün xəbərlər