Doqquz ayda bu qədər xurma ixrac olunub – Hesabat

12:03 - 23.10.2020


23 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında ölkədən ixrac olunan xurmanın həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 21 min tonadək xurma ixrac edilib.

İxrac edilən xurmanın dəyəri 15,7 milyon ABŞ dolları olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni aylarında dəyəri 20,5 milyon dollar olmaqla 27 min tondan çox xurma ixrac edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər