Ekspert: Bakıda mənzillər bahalaşacaq

08.02.2018,12:49


8 fevral, Fineko/abc.az. Bakıda daşınmaz əmlakın bahalaşacağı gözlənilir.

“MBA Group” şirkətinin rəhbəri Nüsrət İbrahimov Fineko/abc.az İnformasiya Agentliyinə bildirib ki,  2017-ci ilin sonundan başlayaraq neft bahalaşmağa başlayıb.

“Bu dinamikaya istinad olunsa, təxminən 3-6 aydan sonra, yəni mart-avqust aylarında paytaxtın  daşınmaz əmlak bazarında, xüsusən mənzil bazarında qiymətlərin artımı müşahidə ediləcək. Artım ikirəqəmli olacaq, yəni azı 10% təşkil edəcək”, - deyə N.İbrahimov bildirib.

 

 

Açar sözlər: MBA Group