330x100
 

Tomat ixracı artıb – 9 ayın göstəriciləri

23.10.2020,12:22


23 oktyabr, Fineko/abc.az. 2020-ci ilin doqquz ayında Azərbaycandan xaricə ixrac olunan tomatın həcmi bəlli olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-sentyabr aylarında 155 min tonadək tomat ixrac olunub.

İxrac edilən tomatın dəyəri 167,8 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə dəyəri 142,3 milyon dollar olmaqla 134,1 min ton tomat ixrac edilib.

Müəllif: Elmir Murad