Ermənilər indiyədək 2156 yaşayış evini dağıdıb

14:13 - 23.10.2020


23 oktyabr, Fineko/abc.az. Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb.

Bundan başqa, 398 mülki obyekt, 2156 yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.

 

Bütün xəbərlər