Təslim olan düşmən hərbçisi ermənilərə müraciət etdi – Ora bizim torpaq deyil

14:21 - 23.10.2020


23 oktyabr, Fineko/abc.az. Döyüşlərdə Azərbaycan Ordusuna təslim olan erməni əsir xalqına müraciət edib.

ABC.AZ-ın məlumatına görə, təqaüddə olan milis mayoru Edik Solakoviç Tonoyan 1975-ci ildə Ermənistanın Kalinino rayonunun Mestavan kəndində doğulduğunu, 2018-ci ilə qədər Kalinin rayon Milis İdarəsində işlədiyini, 2018-ci ildə mayor rütbəsində təqaüdə çıxdığını bildirib.

“Bundan sonra iki il ərzində qazanc dalınca Rusiyaya getmişəm. 2020-ci ildə isə koronavirusa görə ailəmlə birlikdə qazanc üçün Rusiyaya gedə bilmədim. Ermənistanda qaldım. Burada da inşaat işləri ilə məşğul olurdum. 27 sentyabrda Azərbaycanla müharibə başlayanda məni və oğlumu tikintidə tutub hərbi komissarlığa apardılar. Hərbi komissarlıqda razılaşdıq ki, oğlumun yerinə hərbi xidmətə məni göndərsinlər və mən Ermənistan ərazisində xidmət edim. Qarabağa getmək istəmirdim, çünki bura bizim torpağımız deyil. Lazım olsa, Ermənistana görə xidmət etməyə hazır olduğumu, ancaq Qarabağa görə xidmət etmək istəmədiyimi dedim. Məni Alaverdi rayonuna zastavada xidmətə göndərdilər. Bir neçə gün orada patrul xidmətində oldum. Ordan hərbi qulluqçuları Azərbaycanla sərhədə xidmət etməyə göndərirdilər ki, orada döyüşsünlər. Orda mənə dedilər Ermənistan ərazisində başqa hərbi hissədə xidmət etməliyəm. Məni və daha bir nəfəri İrəvana apardılar, orada bizi içində adamlar olan “KamAZ” gözləyirdi. Maşında 33 nəfər vardı. Orda vəd etdilər ki, bizi Qarabağa aparmırlar. Çünki biz bilirik ki, ora bizim torpağımız deyil və bizə ora getmək lazım deyil. Onlar yenə vəd verdilər ki, biz Ermənistan ərazisində xidmət edəcəyik, - deyə o qeyd edib.

 

Bütün xəbərlər