BFB-yə üzv olan investisiya şirkətlərinin sayı artdı – Daha biri qeydiyyata alındı

14:39 - 23.10.2020


23 oktyabr, Fineko/abc.az. “ABB - İnvest investisiya şirkəti” QSC-nin müraciətinə əsasən Bakı Fond Birjası 23 oktyabr 2020-ci il tarixindən qeyd olunan investisiya şirkətini üzvlüyünə qəbul edib.

Bu barədə ABC.AZ-a BFB-dən məlumat verilib.

Bununla da Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərinin sayı səkkizə yüksəlib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər