330x100
 

Zəbt olunmuş ərazilərdəki şirkətlətə qarşı tədbirlər görüləcək – Detallar

23.10.2020,15:35


23 oktyabr, Fineko/abc.az. İşğal altında olan torpaqlarda fəaliyyət göstərən şirkətlər barədə hüquqi tədbirlər görüləcək.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, aparılmış araşdırmalarla Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər müəyyən edilib. İşğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan şəxslərə qarşı kəsərli cinayət-hüquqi tədbirlərin tətbiqi Azərbaycan Baş Prokurorluğu tərəfindən daim nəzarətdə saxlanılmaqla davam etdirilir.