330x100
 

Dörd gündə 122 mehmanxanada nöqsan aşkarlandı – Xəbərdarlıq edildilər

23.10.2020,16:28


23 oktyabr, Fineko/abc.az. 19-22 oktyabr 2020-ci il tarixlərində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 122 mehmanxanada reydlər keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) ABC.AZ-a daxil olan məlumata görə, reydlərin keçirildiyi 15 mehmanxanada Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə əməl olunmaması və kobud pozuntu faktları aşkarlanıb.

Fəaliyyətində nöqsanlar aşkarlanan mehmanxanalar barədə qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb. Hazırda mehmanxanalarda yoxlama-nəzarət, təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir.

Müəllif: Elmir Murad