MN: Azərbaycan HHQ-si düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib

19:35 - 24.10.2020


24 oktyabr, Fineko/abc.az. Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Bu barədə ABC.AZ-a məlumat Müdafiə Nazirliyindən verilib.

Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

 

 

Bütün xəbərlər