Neft ucuzlaşır, Brent bir barelə $41,06 təşkil edir

09:52 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Dünyada COVİD-19 yayılması hallarının artması ilə əlaqədar neft tələbinin zəifləməsi perspektivləri səbəbinə görə, bazar ertəsi günü ticarətdə neft qiymətləri azalır.

Saat 9:25-də, London ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersi bir barelə $0,71 (1,7%) – $41,06 qiymətinə düşdü. Oktyabrın 23 - də keçirilən ticarətin nəticələrinə görə, Brent-in dekabr ayı üçün fyuçers qiyməti $0,69 (1,63%) - barrel başına $41,77-dək azalıb.

Saat 9:25-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin dekabr ayına olan fyuçers ticarətində 0,71 (1,78%) – barel başına $39,14-ə qədər ucuzlaşıb. Oktyabrın 23-də hərracların nəticələrinə görə, WTI-nin dekabr fyuçersləri $0,79 (1,94%) - $39,85 qiymətinə düşüb.

Ötən həftənin yekunlarına görə Brent markalı neft 2,7%, WTI - 3,1% ucuzlaşıb.

 

 

Bütün xəbərlər