Rabitəbank hesabat verdi – 4 milyon manata yaxın xalis mənfəət əldə edib

11:00 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Ölkənin aparıcı banklarından olan “Rabitəbank” ASC bu ilin üçüncü rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, Bank üçüncü rübdə də əsas maliyyə göstəriciləri üzrə dinamik inkişaf etməyə davam edir.

Belə ki, 1 oktyabr 2020-ci il tarixinə Bankın aktivləri 862 milyon manatdan çox olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 31.86% artım deməkdir.  2019-cu ilin üçüncü rübündə açıqlanmış maliyyə göstəricisi ilə müqayisədə bu il bank 28.57% artım göstərərək əməliyyat mənfəətini 13 mln. 538 min manata yüksəldib. Bankın sözügedən dövrdə xalis mənfəəti isə 3 mln 844 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər