Rabitəbank-da bu göstəricilər üzrə artım qeydə alınıb – Siyahı

11:25 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Rabitəbank” bu ilin üçüncü rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə “Rabitəbank”ın kredit portfelin həcmi 394 mln manat təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 8% artıb. Bankın depozit portfelində də müsbət nəticələrə rast gəlinir. Belə ki, fiziki şəxs, sahibkar və hüquqi şəxslərin depozit portfeli 34.74%, yəni 150 mln manat artaraq 582 mln 321 min manat təşkil edirəb. Gəlir-xərc hesabatına əsasən bu dövr ərzində “Rabitəbank”ın faiz gəlirləri əvvəlki il ilə müqayisədə 9.83% artaraq 34 mln manat, qeyri-faiz gəlirləri isə 36.6% artaraq 9 mln manat  təşkil edib.

3-cü rübdə bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunub. Belə ki, Caspian Bisnes mərkəzində bankın paytaxtda 12-ci, ölkə üzrə 27-ci xidmət məntəqəsi olan “Kaspian” filialı müştərilərin istifadəsinə verilib.

 

Bütün xəbərlər