Ermənilər təkcə Gəncədə 26 nəfəri öldürüb – Baş Prokurorluq fəsadları açıqlayıb

11:48 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Baş Prokurorluq Ermənistanın Gəncəyə 3 dəfə raket atması nəticəsində mülki əhaliyə dəyən ziyanla bağlı məlumatı açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan təxribatı nəticəsində Azərbaycanda mülki şəxslərdən ümumilikdə 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır, 297 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaqdır.

 

Bütün xəbərlər