İlk sınaq yük qatarı Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə yola salındı

16:30 - 8.02.2018


8 fevral, Fineko/abc.az. Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolu mart ayında istifadəyə veriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-in məlumatında deyilir ki, bu gün ilk sınaq yük qatarı yola salınıb.

“6 vaqondan ibarət ilk sınaq yük qatarı Rusiyadan İrana yola salınıb. Hazırda İranın Astara stansiyasındakı terminalda  vaqonların boşaldılması prosesi gedir”, - məlumatda belə deyilir.

Astara-Astara dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamıdır və İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

 

Bütün xəbərlər