Azərbaycanın hərbi aviasiya vasitələrindən istifadə etməsi xəbəri yalandır - Nazirlik

12:16 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Azərbaycanın hərbi aviasiya vasitələrindən istifadə etməsi barədə Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti dezinformasiyadır.

ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildiririk ki, Azərbaycan əldə edilmiş yeni humanitar atəşkəs rejimi barədə razılığa riayət edir.

 

 

Bütün xəbərlər