Gürcüstanda COVID 19 bir gündə 14 nəfərin həyatına son qoydu – Vəziyyət kritikdir

12:24 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Gürcüstanda COVID 19-a yoluxanların sayında artım davam edir.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində Gürcüstanda 1872 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 603 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 30.303 nəfərə çatıb. Onlardan 11.370 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 14 nəfərin ölməsi ilə bərabər ümumilikdə 215 nəfər həyatını itirib.

 

Bütün xəbərlər