Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin – İlham Əliyev

14:17 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, 1992-ci ildə yaradılan Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən müddət sonra bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər.

Daha sonra Prezident sözlərinə belə davam edib: "Onlar bu məsələni faktiki olaraq inhisara götürdülər. Faktiki olaraq Minsk qrupu iflic vəziyyətə düşdü və 3 ölkə bu məsələ ilə məşğul olmağa başladı. Amma bunun bir nəticəsi oldumu? Olmadı, bizim üçün olmadı. Ermənistan üçün oldu. Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar. Bəs nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox. Təzyiq etmək istəyibmi? Yox". 

 

Bütün xəbərlər