330x100
 

Dondurulmuş vəziyyət bizdən başqa hər kəsi qane edirdi – İlham Əliyev

26.10.2020,14:26


26 oktyabr, Fineko/abc.az. Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım ki, məsələnin həllini görmək istəyirsizsə, Ermənistana sanksiyalar tətbiq edin.

Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiz, istənilən məsələni həll edə bilərsiniz.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün xalqa etdiyi müraciətində bildirib. Dövlət başçısı qeyd edib ki, xüsusilə, bu ölkələrin nümayəndələri deyirlər ki, bu məsələdə onların fikirləri üst-üstə düşür.

"O da maraqlı bir məsələdir. Nətər olur, bütün başqa məsələlərdə, nüvə silahları ilə bağlı, Yaxın Şərqdə, Asiyada, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Dondurulmuş vəziyyət bizdən başqa hər kəsi qane edirdi, təbii ki, bu ölkələr arasında".