BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edirik - Prezident

14:42 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Biz bu vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də reallıqlarla hesablaşmalısınız.

Biz yeni reallıq yaratmışıq, hər kəs yeni reallıqla hesablaşmalıdır!

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün xalqa etdiyi müraciətində bildirib.

"Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda görün nələr baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana. Hər tərəfdən əl-ayağa düşdülər. Bəs nə oldu, 28 il süründürə-süründürə bu məsələni həll edirdiniz? Gəlib-getmək, orada görüş, burada danışıqlar. Yığılmışdıq boğaza biz bu danışıqlardan. Nə qədər düşmənlə danışıqlar aparmaq olar? Düşmən harınlaşıb. Deyirdilər ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir yoxdur? Bəs indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edirik. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz yeni reallıq yaratmışıq, hesablaşın! Ancaq nə görürürk, orada görüş, burada görüş. Atəşkəs belə oldu, atəşkəsi kim pozdu” - deyə dövlət başçısı qeyd edib.

 

Bütün xəbərlər