Ermənilər bu dəfə Əmanətlərin Sığortalanması Fondu barədə yalan xəbər yaydı

15:02 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Ermənistan tərəfinin kibermühitdə növbəti uğursuz təxribatı qeydə alınıb.

Elektron Təhlükəsizlik Xidmətdən ABC.AZ-a daxil olan məlumata görə, belə ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya 1 noyabr 2020-ci il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına, düşmənin tam məğlubiyyətinə yönləndiriləcəyi qeyd olunur.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər.

Həmçinin bu kimi hallarla üzləşdiklərində, “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər”,- deyə məlumatda bildirilib.

 

Bütün xəbərlər