Bakıda 7 milyon avro dəyərində Hava Məkanından İstifadə üzrə Səmərəlilik Mərkəzinin açıldı

17:26 - 8.02.2018


8 fevral, Fineko/abc.az. Heydər Əliyev Beynəlxalq Hava Limanında Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılış mərasimi keçirilmişdir.

Açışış gedişatında “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Prezidenti Cahangir Əsgərov bildirib ki, “Hava Məkanından İstifadənin Səmərəlilik Mərkəzində aeronaviqasiya məlumatlarının mübadiləsi sahəsində qabaqcıl təcrübə və ən son texnologiyalardan istifadə edilmişdir.

“Bu, Brüsseldə yerləşən Avropa Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi (Eurocontrol) və Sinqapurda yerləşən Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi arasında hava hərəkəti axınlarının əsas planlaşdırma mərkəzidir. ASEC sayəsində Azərbaycan həm “Eurocontrol”-un, həm də Asiyanın Hava Axınları Planlaşdırma Mərkəzinin strateji tərəfdaşı rolunu oynayacaq. Eyni mərkəzdən postsovet məkanında və Yaxın Şərq ölkələrində yoxdur”, - deyə C.Əsgərov bildirmişdir.

“Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi öz növbəsində qeyd etmişdir ki, “AZAL və “Thales Group” artıq 20 ildən çoxdur ki, əməkdaşlıq edir və strateji tərəfdaş olaraq qalmaqdadır.

“Yeni mərkəzdə tətbiq olunan sistemlər hava axınlarının idarəolunması üzrə ən müasir texnologiyalara əsaslanır ki, bu da onu adi hava hərəkətinin idarəolunması sistemindən daha əhəmiyyətli edir. Bu, AZAL-ın Azərbaycan hava məkanında çox sayda uçuşları idarə etməyə hazır olduğunun göstəricisidir”, - bunu Rafael Eskinazi bildirib.

Hazırda Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir.

Daha sonra Cahangir Əsgərov və Rafael Eskinazi danışıqlar aparmışdırlar. Aparılan danışıqlarda Azərbaycanın mülki aviasiyası sahəsində AZAL və “Thales”in gələcək əməkdaşlığı müzakirə edilmişdir. Danışıqların yekunlarına əsasən Azərbaycanda fransız şirkətinin məhsullarının istehsalı  üçün AZAL və “Thales”in Azərbaycanda birgə müəssisənin yaradılmasının mümkünlüyünü nəzərdən keçirmək barədə razılıq əldə olunmuşdur.

ASEC Mərkəzinin Bakıda tikintisi üzrə Hökumətlərarası Memorandum 2017-ci ilin martında Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində imzalanıb.

Sənəd “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə Fransanın “Thales” şirkəti arasında imzalanıb.

“Thales” şirkəti üçün pilot olan layihənin ümumi dəyəri 7 milyon avro təşkil edir.

 

Bütün xəbərlər