Ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyi hökm sürür – Erməni təxribatına cavab

15:55 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Düşmən tərəfindən Azərbaycan Banklar Assosiasiyasının adından guya Ermənistanın ölkəmizə təcəvüzü nəticəsində yaranmış vəziyyətlə əlaqədar Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılması haqqında təxribat xarakterli və həqiqətə uyğun olmayan saxta məlumat yayılıb.

ABC.AZ-ın məlumatına görə, Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Əmanətlərin Sığortalanması Fondu qətiyyətlə bu məlumatları təkzib edərək bir daha ölkə əhalisindən, bank müştərilərindən xahiş edir ki, düşmənin bu xarakterli təxribatlarına əhəmiyyət verməyəsiz və bunu aciz düşmənin növbəti təxribatı olduğunu nəzərə alasınız.

"Ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyi hökm sürür, bütün bank-maliyyə institutları normal rejimdə fəaliyyət göstərir və bank-maliyyə infrastrukturu əhaliyə stabil xidmətlər göstərir. Düşmənin kiberməkanda törətməyə çalışdığı belə uğursuz təxribatları kibertəhlükəsizliyə cavabdeh qurumlarımız və mütəxəssislər tərəfindən uğurla dəf edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar" deyə məlumatda qeyd olunub.

 

Bütün xəbərlər