Prezident Qubadlının azad olunmasında fərqlənmiş hərbçiləri təbrik etdi

16:18 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb.

Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.

 

Bütün xəbərlər