330x100
 

Yoluxanların sayı azalsa da, ölənlər artdı – Günün statistikası

26.10.2020,16:26


26 oktyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər.

Sutka ərzində 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 8 nəfər COVID-19-dan vəfat edib.