330x100
 

Doqquz ayda bu qədər quş əti və yumurta istehsal olunub – Hesabat

26.10.2020,16:32


26 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında quşçuluq müәssisәlәrindә diri çәkidә 51,8 min ton quş әti istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 601,7 milyon әdәd yumurta istehsal olunub.

Ümumilikdә bu müәssisәlәr üzrә quşların sayı 11 milyon 687,1 min baş təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəmlər 13 milyon 480,8 min baş olub. Hər yumurtlayan toyuqdan orta hesabla 151 әdәd yumurta alınıb.