Düşmən itki verərək geri oturdulub – Nazirlik

10:02 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib.

Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub.

 

Bütün xəbərlər